İMKANDER Derneği > BASINDA BİZ |

Azerbaycan Gazetesi röportajı


Azerbaycan Gazetesi haftaiçi ile röportaj

Azerbaycan Gazetesi röportajı
Həftə içi qəzeti
http://www.hafta-ichi.com/v4/2012/09/29/read=77050


"Türkiyədə qarabağlı köçkünlərlə bağlı məlumat yoxdur"
Murad Özər: "Bildiyimizə görə, azərbaycanlı qardaşlarımız, sadəcə, Azərbaycan torpaqlarına doğru yerlərini dəyişiblər"
İMKANDER-in sədri Murad Özərlə "Həftə içi"ndə ekskluziv söhbət

Bu günlərdə Türkiyə mətbuatına nəzər saldıqda, İnsanları Müdafiə və Qardaşlıq Dərnəyinin - İMKANDER-in çeçenlərlə, eləcə də suriyalı qaçqınlarla bağlı çox sayda layihələr həyata keçirdiyinin şahidi olduq. Ümumiyyətlə, dərnək müsəlman ölkələrində yaşanan bütün münaqişə ocaqlarında iş aparır, qaçqınlara yardım göstərir. Amma İMKANDER-in elektron səhifəsində Azərbaycanla bağlı heç bir materiala rast gələ bilmədiyimiz üçün, qurumun sədri Murad Özərlə söhbətləşmək istədik.
   
   Müsahibə götürmək niyyətimizi bildirəndə, məmnuniyyətlə razılaşdı. Əvvəlcə rəhbəri olduğu dərnəyin yaranma məqsədindən və fəaliyyət sahəsindən söz açan müsahibimiz bir çox məamlara toxundu.
   
   - İnsanları Müdafiə və Qardaşlıq Dərnəyi - İMKANDER 2009-cu ildə fəaliyyətə başlayıb. Dərnəyi yaratmaqda məqsədimiz isə başda Şimali Qafqaz olmaqla, bütövlükdə islam dünyasında baş verən müharibələr səbəbilə qaçqın düşmüş və Türkiyəyə sığınmış insanlara yardım göstərməkdir. Təşkilat olaraq işə başladığımız ilk vaxtlar İstanbul və Yalovada yaradılan 4 Çeçen - Qafqaz qaçqın düşərgəsinə yardım göstərmişik. Amma sonradan həmin düşərgələr köçürüldüyü üçün hazırda evlərdə məskunlaşmış yüzlərcə qaçqın ailəyə, dul qalmış qadınlara və yetimlərə həm kirayələrini ödəməkdə, həm qida və digər zəruri ehtiyaclarını həll etmək məqsədilə köməklik göstəririk. Dərnəyimiz ən əsası əksəriyyəti yetim olan uşaqları təhsillə təmin etməkdədir. Özü də dərsləri rus, türk və ərəb dilində keçirik.
   
   - Dərnəyinizin saytına baxarkən fəaliyyətinizin əsasən çeçenlərlə, müəyyən qədər də İraq və Suriya ilə bağlı olduğunu gördüm. Bu qədər böyük coğrafiyada iş aparmağa İMKANDER-in gücü çatırmı?
   
   
- Sualınıza cavab olaraq deyim ki, əslində, islam dünyasında mövcud olan, hansı ölkədə yerləşməsindən asılı olmayaraq, bütün qaçqın düşərgələrinə yardım göstəririk. Amma səmimi etiraf edim ki, belə böyük missiyanı həyata keçirmək üçün lazimi büdcəyə malik deyilik. Ona görə də hər bir işimizi imkanlarımız daxilində görürük. Bu gün Türkiyəyə çox sayda iraqlı və suriyalı qaçqınlar sığınıb. Bununla yanaşı, xeyli sayda özbək və uyğur qaçqınlar da Türkiyədə çətin vəziyyətdə yaşamaqdadır. Nəzərə alsaq ki, adlarını çəkdiyim həmin xalqlar da azərbaycanlı qardaşlarımız kimi Türkiyəyə əzizdirlər, deməli, çətin günlərində yanlarında olmamız təbidir.
   
   - Amma nədənsə saytınızda Azərbaycanla bağlı nə bir şəkil, nə bir məqalə - heç nə görə bilmədik. Belə çıxır ki, Azərbaycan IMKANDER-in coğrafiyasına daxil deyilg
   
   
- Əslində, Azərbaycanın özü də İMKANDER-in həyata keçirdiyi proqramları reallaşdırır. Bu gün Azərbaycanda da Qafqazın müxtəlif bölgələrindən pənah gətirmiş çox sayda qaçqınlar yaşamaqdadır. Yeri gəlmişkən, buna görə təşkilatımız adından Azərbaycan dövlətinə və xalqına təşəkkür edirik. Əlbəttə, bizim üçün Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağın xüsusi əhəmiyyəti var. Qarabağ münaqişəsi türk dünyasına çox ciddi yaradır və ondan qurtulmaq lazımdır. Amma biz də, siz də - hər kəs bilir ki, Qarabağ münaqişəsinin və ətraf yeddi rayonun işğal olunmasının arxasında Rusiya dayanıb. Hələ 18-ci yüzillikdən başlayaraq ruslar Qarabağı ermənilərin nəzarətinə vermək və bu yolla bölgədə yeni bir xristian dövləti yaratmağa səy göstəriblər. Nəzərə alaq ki, 1991-ci il müharibəsi zamanı ruslar ermənilərə dəstək verməsəydilər, bu günkü işğal problemi yaşanmayacaq və tarixən olduğu kimi, Qarabağ bu gün də Azərbaycan ərazisi olaraq qalacaqdı. Bu yerdə qeyd edim ki, Qarabağ hüquqi baxımdan Azərbaycan torpaqlarıdır və ermənilərin işğalı heç vaxt qanuniləşə bilməyəcək.
   
   - Sizin də dediyiniz kimi, Azərbaycanın ən ağrılı dərdi olan Qarabağ münaqişəsi səbəbindən bir milyondan artıq azərbaycanlı ev-eşiyindən didərgin düşüb və artıq 20 ildir ki, çətin şərtlər altında Azərbaycanın bütün kənd və şəhərlərində məskunlaşıblar. Maraqlıdır, IMKANDER bu insanlar üçün nələr etdi və ya etmək fikri var?
   
   
- Türkiyədə məhz qarabağlı qaçqınların olub-olmaması haqda məlumat yoxdur. Bildiyimizə görə, azərbaycanlı qardaşlarımız sadəcə Azərbaycan torpaqlarına doğru yerlərini dəyişmək məcburiyyətində qalıblar. Əgər bu müstəvidə ixtisaslaşmış Azərbaycan dərnəkləri bizimlə əməkdaşlıq edərlərsə, biz İMKANDER olaraq Türkiyə ictimaiyyətində bu məsələni və yaşanan çətinlikləri gündəmə gətirməyə çalışarıq.
   
   - Bildiyimə görə, Suriyada səfərdə olarkən orada çeçen mücahidlərlə rastlaşmısınız və bundan çox razı qalmısınız. Necə bilirsiniz, mücahidlərin silaha sarılmaları yolu ilə belə böyük problemləri aradan qaldırmaq mümkündür? Mənə elə gəlir ki, əksinə, mücahidlər Suriya xalqının çeçenlərə münasibətini pisləşdirə bilərg
   
   
- Suriyada İran və Rusiya tərəfindən dəstəklənən Bəşər Əsəd rejimi ilə mübarizə aparan sadə xalq kütləsidir. Nəzərə alaq ki, son 19 ayda 30 minədək suriyalı qətlə yetirilib və hazırda 300 min nəfərə yaxın insan itkin sayılır. Yəni onlar qaçqındırlarmı, öldürüldülərmi, heç kim bilmir. Məncə çeçen və ya digər xalqların nümayəndələrinin bu çətin günlərdə Suriya xalqının yanında olmasının simvolik mənası var. Yeri gəlmişkən, Suriyadakı çeçen mücahidlərin sayı onsuz da azdır və mübarizədə verəcəkləri dəstək hiss olunmayacaq dərəcədədir. Amma mənəvi baxımdan əhəmiyyəti çox böyükdür və biz onu alqışlayırıq. Bilirsiniz ki, Qarabağ müharibəsi zamanı da Türkiyədən çox sayda insan azərbaycanlı qardaşlarına yardım göstərmək istəyirdi. Onların da sayı az idi, amma bütün Türkiyə ictimaiyyətini bu məsələdə Azərbaycanla həmrəyliyə qaldıra bilmişdilər.
   
   - Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. Amma baxaq, görək, indiyədək Çeçenistan və digər Şimali Qafqaz, eyni zamanda Yaxın və Orta Şərq ölkələri (məsələn, Iran, Suriya, Iraq və hətta Gürcüstan) Ermənistanın işğala son qoyması üçün nələr etdilər? İMKANDER olaraq bu müstəvidə nələr deyərdiniz?
   
   
- İslam dünyasında yaşanan işğal və müstəmləkəçilik prpoblemlərinin günahkarı elə özümüzük. Haqqında danışdığınız Şimali Qafqaz ölkələri bu gün Rusiyanın işğalı altındadırlar. İrakı isə ABŞ işğal edib. Yerdə qalan dövlətlərin də sərbəst qərar vermək imkanları yoxdur. Azərbaycan başda olmaqla Qafqazda sülhün və sabit həyatın bərqərar olması üçün Rusiyanın təsiri altından çıxmaq və bölgə ölkələri arasında asanlıqla sarsıldıla bilməyən əlaqələr yaratmaq lazımdır. Biz ermənilərin də, gürcülərin də adil və sülhün hakim olduğu bir bölgədə yaşamasını arzu edirik. Baxmayaraq ki, eyni dinin ardıcılları deyilik, amma əsrlərdir ki, qonşuyuq.
   
   - IMKANDER rəhbəri olaraq Azərbaycana səfəriniz gözlənilirmi və ümuiyyətlə, gələcəkdə Azərbaycanla bağlı nə kimi proqramlarınız var?
   
   
- İnşallah qısa zamanda Azərbaycana ziyarətə gəlmək istəyirik. Azərbaycanlı qardaşlarımızın dərdlərinə şərik çıxmaq, acı da olsa bizə xoşdur. Birlikdə nələr edə bilərik, bu müstəvidə müzakirələr aparmaq üçün bir proqram hazırlayacağıq.
Vüsal Tağıbəyli
Murad Özər





BASINDA BİZ
Tümünü gör
İMKANDER'den Suriyeli sivillere yardım eli - Basın

İnsanı Müdafa ve Kardeşlik Derneği (İMKANDER), Suriye'nin Halep kentinde ve çevresindeki bölgelerde bulunan sivillere ekmek dağıttı.

İMKANDER'den Gazze ve Suriye de yardım eli - BASIN

İMKANDER Derneği, Suriye ve Gazze’deki savaş mağduru ailelere sıcak yemek, erzak ve çocuklar için kışlık giysi yardımında bulunuyor.

El-Bab Yerel Meclisi Başkanı Sabbag a ziyaret

İMKANDER, Suriye'de El Bab Yerel Meclisi Başkanı seçilen Adnan Sabbag’a hayırlı olsun ziyaretinde bulundu.

Depremzedelere ücretsiz saç kesimi

İMKANDER öncülüğünde Gaziantep’ten götürülen berberler Adıyaman’daki konteyner kentte depremzedelerin saçlarını ücretsiz kesti.

İMKANDER depremzedeleri yalnız bırakmadı

İnsanı Müdafa ve Kardeşlik Derneği (İMKANDER), depremde vatandaşları yalnız bırakmayarak onlara sıcak yemek ulaştırdı.

İMKANDER deprem bölgesinde

İnsani Müdafa ve Kardeşlik Derneği (İMKANDER) ekipleri, depremin vurduğu Gaziantep, Kahramanmaraş ve Suriye'nin İdlib kentinde mobil yemek araçları ile depremzedelere sıcak yemek ikram ediyor.

STK'lerin deprem bölgesindeki yardım seferberliği sürüyor

Sivil toplum kuruluşları (STK), "asrın felaketi" olarak nitelenen Kahramanmaraş merkezli depremlerden etkilenen bölgede yaraları sarmak için insani yardım çalışmalarına devam ediyor.

400 yetim çocuğa kışlık giyim yardımı Medya

Suriye’nin Elbab kentindeki 400 yetim çocuğa kışlık giyim yardımında bulunduk.